...

Azərbaycanda kənd turizmi üçün yeni standartlar hazırlanır

Cəmiyyət Materials 14 Sentyabr 2017 21:05 (UTC +04:00)
Kənd yerlərində yerləşdirmə vasitəsi. Yerləşdirmə vasitələrinin təsnifatı, kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarının tətbiq edilməsi” standartının layihəsinin hazırlanması üzrə işlər aparılır.
Azərbaycanda kənd turizmi üçün yeni standartlar hazırlanır

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və Turizm Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) əməkdaşlığı çərçivəsində "Kənd yerlərində yerləşdirmə vasitəsi. Yerləşdirmə vasitələrinin təsnifatı, kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarının tətbiq edilməsi" standartı layihəsinin hazırlanması üzrə işlər aparılır.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinə dəstək göstərilib. Kənd turizminin inkişaf etdirilməsi və fəaliyyətinin dəstəklənməsi məqsədilə elektron portal (www.ruraltourism.az) yaradılıb.

Quba, Qusar, Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən kəndli fermer təsərrüfatlarında maarifləndirmə işlərinin aparılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi İctimai Birliyə dəstək göstərib. Kənd turizminə özəl sektorun cəlb olunması məqsədilə bir neçə turizm şirkətləri ilə danışıqlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti