...

Şəmkirdə dava, 31 yaşlı kişi bıçaqlandı

Cəmiyyət Materials 12 Sentyabr 2017 09:45 (UTC +04:00)
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Şəmkirdə dava, 31 yaşlı kişi bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə gecə saatlarında rayonun Muxtariyyat kəndində olub.

Kənd sakini - 1988-ci il təvəllüdlü Qasımov Elçin Zakir oğlu həmkəndlisi - 1986-cı il təvəllüdlü Hüseynov Emin Mədət oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və E.Qasımov E.Hüseynovu bıçaqlayıb. Yaralı təcili olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti