...

Bəhram Xəlilov: Bəzi dövlət qulluğu vəzifələrinin tutulması üçün staj müddəti şərti yoxdur

Cəmiyyət Materials 14 Sentyabr 2017 11:02 (UTC +04:00)
Dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlərin və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Bəhram Xəlilov: Bəzi dövlət qulluğu vəzifələrinin tutulması üçün staj müddəti şərti yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlərin və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu şərtlərdə bütün dövlət qulluğu vəzifələrinin tutulması üçün tələblər müəyyənləşdirilib. Bunlar ilk növbədə namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlərdir.

B.Xəlilov deyib ki, bəzi dövlət qulluğu vəzifələrinin tutulması üçün staj müddətinin olması şərt yoxdur:

"Dövlət qulluğu vəfizələri fərqli olduğu kimi onların tutulması şərtləri də fərqlidir. Hansısa bir vəzifə üzrə staj müddəti zəruri şərt kimi nəzərdə tutula bilərsə, digərlərində belə şərt yoxdur. Aşağı təsnifat vəzifələri üçün staj tələbinin qaldırılmasını çoxdan etmişdik ki, bizim ali məktəbi bitirən gənclərimiz vakant dövlət qulluğu vəzifələrinin tutulmasında iştirak edə bilsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti