...

Azərbaycan haqqında yazan əcnəbilər mükafatlandırılıb

Cəmiyyət Materials 16 Sentyabr 2017 13:37 (UTC +04:00)
Bu gün İslam ölkələrinin gəncləri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan haqqında yazan əcnəbilər mükafatlandırılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün İslam ölkələrinin gəncləri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtılarının Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.

Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 11 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbrilər Planına uyğun olaraq bu il müsabiqə yalnız islam ölkələri arasında keçirilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək etmək istəyən gənclər aşağıdakı tematik mövzular üzrə öz esse yazılarını təqdim ediblər:

- Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları;

- Azərbaycanın iqtisadi inkişafı;

- Azərbaycanın neft və qaz strategiyası;

- Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti;

- Azərbaycanın əhalisi, dili, adətləri və dini;

- Azərbaycanın beynəlxalq siyasətdəki rolu;

- Azərbaycan və digər ölkələr: tarixi əlaqələr

Müsabiqənin yekunu olaraq Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblərin 14-26 sentyabr 2017-ci il tarixlərdə Azərbaycana səfəri təşkil olunub. Səfər çərçivəsində müsabiqə qaliblərinə Azərbaycanı daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaradılacaq.

2011-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq xarici ölklərin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqələri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti