...

DİM rəhbəri buraxılış imtahanlarına salınacaq fənlər haqqında

Cəmiyyət Materials 22 Sentyabr 2017 12:26 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarına salınacaq fənlərdən danışıb.

Trend-in məlumatına görə, M.Abbaszadə qeyd edib: "Hazırda 10-cu sinifdə oxuyan şagirdlərin valideynləri narahatdır, onlar hansı fənlərdən imtahan olacağını bilmirlər. 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq".

M.Abbaszadə bildirib ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub:

Qəbul imtahanlarında yeniliklərlə bağlı Məleykə Abbaszadədən İLK AÇIQLAMA (ÖZƏL) (YENİLƏNİB)

Qəbul imtahanlarında yeniliklərlə bağlı Məleykə Abbaszadədən İLK AÇIQLAMA (ÖZƏL) (YENİLƏNİB)

"Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti