...

Pakistan Azərbaycanın əczaçılıq bazarında maraqlıdır (ÖZƏL)

Cəmiyyət Materials 14 Oktyabr 2017 15:15 (UTC +04:00)
Pakistan şirkətləri Azərbaycanın əczaçılıq bazarına çıxmaqda maraqlıdır.
Pakistan Azərbaycanın əczaçılıq bazarında maraqlıdır (ÖZƏL)

Bakı. Gülqız Muradova, Azad Həsənli - Trend:

Pakistan şirkətləri Azərbaycanın əczaçılıq bazarına çıxmaqda maraqlıdır.

Bunu Trend-ə müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, bir sıra Pakistan şirkətləri Pirallahı Sənaye Parkında birgə müəssisə yaratmağı planlaşdırır.

Əczaçılıq sahəsində əməkdaşlıq imkanlarından danışan səfir onu da qeyd edib ki, Azərbaycan müxtəlif cərrahiyyə və tibb alətləri idxal edə bilər.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı 2016-cı ildə Azərbaycan Prezidentinin göstərişi ilə yaradılıb və əczaçılıq məhsulları üzrə ixtisaslaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti