...

Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunan ailələrin sayı 1132-ə çatıb

Cəmiyyət Materials 17 Oktyabr 2017 14:39 (UTC +04:00)
Bakı şəhəri üzrə də 230 ailəyə özünüməşğulluq fəaliyyətinə malik olmaları üçün aktivlər verilib.
Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunan ailələrin sayı 1132-ə çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı şəhəri üzrə də 230 ailəyə özünüməşğulluq fəaliyyətinə malik olmaları üçün aktivlər verilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, ƏƏSMN tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Bakı şəhəri üzrə də 230 ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər (mal və materiallar) alınıb verilib. Onlar əsasən xidmət və istehsal yönümlü fərdi təsərrüfatlarını formalaşdırıblar.

Beləliklə də, cari ilin fevral ayından başlayaraq artıq 1132 ailənin öz fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq fəaliyyətinə və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilib. Hazırda digər proqram iştirakçılarının da aktivlərlə təmin olunması yönündə işlər davam etdirilir.

Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk növbədə iki aylıq təlim kursları təşkil olunub. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən aparılan kurslarda onlara təsərrüfatın idarə olunması və inkişaf etdirilməsi ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları qiymətləndirmə zamanı müsbət dəyərləndirilən şəxslərə ailə təsərrüfatlarını qurmaları üçün cari ilin fevral ayından aktivlərin verilməsinə başlanılıb.

Təqdim olunmuş aktivlər hesabına yaradılan fərdi təsərrüfatlar yalnız həmin insanların özlərinin deyil, onların əmək qabiliyyətli ailə üzvlərinin də özünüməşğulluğuna, beləliklə də öz zəhmətləri ilə ailə gəlirlərini artırmalarına şərait yaradıb. Həmin vətəndaşların özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatların idarə olunması, gələcəkdə daha da inkişaf etdirilərək genişləndirilməsi üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Özünüməşğulluq proqramına gəldikdə, mən əvvəlki müşavirələrdə bu barədə göstərişlər vermişəm. İndi qanunvericilikdə də lazımi düzəlişlər edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti yaranacaq və bu vəsait də özünüməşğulluq proqramının icrasına yönəldilir. İlkin məlumat müsbətdir. Bu məsələ yerlərdə çox böyük həvəslə qarşılanır. Əlbəttə ki, dövlət ağır vəziyyətdə yaşayanlar üçün öz hesabına pulsuz imkan yaradır, vəsait verir ki, onlar bundan sonra öz dolanışığını lazımi səviyyədə təmin etsinlər”, deyə vurğulayıb.

2018-ci ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının dəfələrlə artırılmasına imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti