...

Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edəcək

Cəmiyyət Materials 18 Oktyabr 2017 16:56 (UTC +04:00)
Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 49-cu iclasında iştirak edəcək.
Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edəcək

Bakı. Trend:

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İqtisadi, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edəcək.

Şuradan Trend-ə verilən məlumata görə, 19-20 oktyabrda gerçəkləşdiriləcək iclasda əsas müzakirə mövzusu QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivləri olacaq.

İclasda həmçinin komitənin Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənəcək, 50-ci iclasın gündəliyi müəyyənləşdiriləcək, komitənin strukturu ilə bağlı məsələlərə baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti