...

SABAH xaricdə təhsil sərgisi keçirəcək

Cəmiyyət Materials 1 Noyabr 2017 11:36 (UTC +04:00)
Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə SABAH xaricdə təhsil sərgisi keçirəcək.
SABAH xaricdə təhsil sərgisi keçirəcək

Bakı. Trend:

Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə SABAH xaricdə təhsil sərgisi keçirəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edəcəklər.

Sərgi iştirakçıları bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və məsləhət almaq imkanı əldə edəcəklər.

Sərgi çərçivəsində müxtəlif təhsil pillələri, universitetlərə müraciət, uğurlu viza sənədləşməsi mövzularında seminarlar təşkil olunacaq.

SABAH xaricdə təhsil sərgisində iştirak etmək istəyənlər www.sabahsergisi.eventbrite.com saytından qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti