...

BDU-da “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnal çap olunub

Cəmiyyət Materials 1 Noyabr 2017 17:42 (UTC +04:00)
“Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalın ilk nömrəsi çapdan çıxıb.
BDU-da “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnal çap olunub

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalın ilk nömrəsi çapdan çıxıb.

Universitetdən Trend-ə verilən məlumata görə, jurnalda folklorşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik və etnoqrafiya sahələri üzrə məqalələr dərc olunub. Həm Azərbaycan, həm də müxtəlif xalqların folklor nümunələrinin tədqiqinə həsr olunmuş məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində, onların xülasələri isə yazıldığı dildən başqa, iki dildə verilib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən müstəqil Azərbaycan Respublikasının mədəniyyət siyasətində folklor materiallarının tədqiqi, tədrisi və təbliği məsələləri xüsusi yer tutur. 2002-ci ildə Milli Məclisdə "Folklor haqqında Qanun"un qəbul edilməsi və Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiqlənməsi Azərbaycan dövlətinin folklor mədəniyyətinə diqqət və qayğısının əyani təzahürüdür. Filologiya fakültəsi “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının nəzdində “Folklorşünaslıq” adlı elmi-nəzəri jurnalı çap edilməsi fikri də dövlətimizin bu istiqamətdə fəaliyyətinə dəstək vermək düşüncəsindən irəli gəlib.

Folklorşünaslıq sahəsində çalışan mütəxəssislərin, gənc alimlərin, tədqiqatçıların elmi tədqiqatlarını, nailiyyətlərini bir araya gətirmək, mərkəzləşdirmək və işıqlandırmaq baxımından jurnalın önəmli rol oynayacağına, Azərbaycan xalqının folklor nümunələrinin digər türkdilli xalqların nümunələri ilə müqayisəli şəkildə araşdırılmasına yeni bir yön verəcəyinə inanır, bu işdə əməyi olan hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti