...

Bakıda payızın ən dadlı hadisəsi – “Sweet November” qastronomik xəritəsi

Cəmiyyət Materials 16 Noyabr 2017 19:16 (UTC +04:00)
Artıq lap tezliklə Bakıda bu payızın ən rahat və dadlı hadisəsi baş verəcək.
Bakıda payızın ən dadlı hadisəsi – “Sweet November” qastronomik xəritəsi

Bakı. Trend:

Artıq lap tezliklə Bakıda bu payızın ən rahat və dadlı hadisəsi baş verəcək. Azərbaycan paytaxtının qədim hissəsi İçərişəhərdə, Bakının rəmzi Qız qalasının ətrafında noyabrın 23-dən 26-dək “Sweet November” irimiqyaslı yemək festivalı keçiriləcək.

Trend-in məlumatına görə, festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real” kulinar layihəsinin dəstəyi ilə təşkil edilib.

“Sweet November” yemək festivalının təşkilatçıları ziyarətçilər üçün qastronomik xəritə təqdim edir. Festivalda qonaqları bütün mümkün yeməklərlə təəccübləndirmək üçün 20-dən çox restoran və kafe, çoxsaylı kulinarlar iştirak edəcəklər.

Festivalda ziyarətçilərin adi vaxtda heç bir yerdə dadına baxa bilməyəcəyi küçə yeməyi formatında müxtəlif ölkələrin milli mətbəxindən çoxsaylı yeməklər təqdim olunacaq! Qonaqlar, həmçinin xüsusi qastronomik ustad-dərslərində iştirak edə, tanınmış aşpazlar və baristalarla görüşə, eləcə də keyfiyyətli musiqidən zövq ala və şən vaxt keçirə bilərlər.

Xatırladaq ki, açıq havada ilk irimiqyaslı yemək festivalı “Baku Street Food Festival” mayın 19-dan 21-dək İçərişəhərdə keçirilib və böyük marağa səbəb olub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti