...

Nazir müavini uşaqlara verilən ev tapşırıqlarından danışdı: Yolverilməzdir

Cəmiyyət Materials 20 Noyabr 2017 12:57 (UTC +04:00)
Uşaqların psixoloji durumu normal olmalıdır. Buna görə də uşaqlara artıq tapşırıqların verilməsi yolverilməzdir.
Nazir müavini uşaqlara verilən ev tapşırıqlarından danışdı: Yolverilməzdir

Bakı. İlhamə İsabalayeva – Trend:

Uşaqların psixoloji durumu normal olmalıdır. Buna görə də uşaqlara artıq tapşırıqların verilməsi yolverilməzdir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov deyib.

Nazir müavini qeyd edib ki, lakin istedadlı uşaqların aşkarlanması üçün onlara kənar tapşırıqların verilməsi təbii qarşılanmalıdır: “Bəzən müəllimlər uşaqlara proqramlardan kənar tapşırıqlar verirlər. Bu da onların istedadının aşkarlanması ilə bağlıdır. Çünki hər bir müəllimin əsas məqsədindən biri istedadlı uşaqları aşkarlamaq, onların inkişafını təmin etməkdir. Buna görə də istedadlı uşaqların aşkarlanması üçün onlara proqramdan əlavə tapşırıqların verilməsi təbiidir. Lakin müəllimlər hər bir şagirdə onun fərdi potensialını nəzərə almaqla tapşırıqlar verməlidirlər. Gələcəkdə Təhsil Nazirliyi müəllimlərin bu istiqamətdə maarifləndirməsinə də diqqət yetirəcək”.

F.Qurbanov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkarlanması üçün tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti