...

Nazirlik: Saat 09:00-a Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarıdır

Cəmiyyət Materials 21 Noyabr 2017 10:13 (UTC +04:00)
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti toz-dumanı ilə bağlı müşahidələr aparır.
Nazirlik: Saat 09:00-a Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı hər üç saatdan bir müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 21 noyabr 2017-ci il tarixində səhər saat 09:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.

Nazirlik: Ərəbistan səhralarında artan küləklər Azərbaycana toz-dumanın daxil olması hallarını çoxaldıb (FOTO)

Nazirlik: Ərəbistan səhralarında artan küləklər Azərbaycana toz-dumanın daxil olması hallarını çoxaldıb (FOTO)

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti