...

Cocuq Mərcanlı sakinlərinə idman ləvazimatları təqdim olunacaq

Cəmiyyət Materials 24 Noyabr 2017 18:11 (UTC +04:00)
Cocuq Mərcanlı sakinlərinə idman ləvazimatları təqdim olunacaq.
Cocuq Mərcanlı sakinlərinə idman ləvazimatları təqdim olunacaq

Bakı. Trend:

AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.

Trend-in məlumatına görə, “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.

Layihənin tətbiqinə başlanacaq vaxt barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti