...

Sabah hava yağıntılı olacaq

Cəmiyyət Materials 1 Yanvar 2018 12:59 (UTC +04:00)
Azərbaycanda yanvarın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Sabah hava yağıntılı olacaq

Bakı. Trend:

Azərbaycanda yanvarın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti təşkil edəcək.

Rayonlarda yanvarın 2-də yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti təşkil edəcək. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti