...

Ceyhun Bayramov: Orta məktəblərdə müəllimlərin 28 faizi yaşı 35-dək olanlardır

Cəmiyyət Materials 1 Fevral 2018 17:22
Hazırda ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 28 faizi yaşı 35 yaşadək olan gənc müəllimdir.
Ceyhun Bayramov: Orta məktəblərdə müəllimlərin 28 faizi yaşı 35-dək olanlardır

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 28 faizi yaşı 35 yaşadək olan gənc müəllimdir.

Trend-in məlumatına görə, bunu təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə deyib.

C.Bayramov bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

O, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllimin işə qəbul olunduğunu və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. Qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458 müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir.

Ölkəmizin müxtəlif bölgələrində çalışan gənc, müasir, savadlı və peşəsinə bağlı olan müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında onların böyük rolunu vurğulayıb. Natiq müəlimlərin xoş sədasının, əldə etdikləri uğurların təhsil sahəsində aparılan islahatların müsbət nəticəsi və islahatlara davam etməyin əlavə stimulu kimi dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti