...

Əfv Komissiyasının növbəti iclası yekunlaşdı

Cəmiyyət Materials 2 Fevral 2018 17:43 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. bu barədə Trend-ə Komissiyanın üzvü Əlməmməd Nuriyev deyib.
Əfv Komissiyasının növbəti iclası yekunlaşdı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Trend-ə komissiyanın üzvü Əlməmməd Nuriyev deyib. Ə.Nuriyev bildirib ki, bu günkü iclasda da əfvlə bağlı müraciətlərə baxılıb, müzakirələr aparılıb.

Ə.Nuriyev komissiyanın növbəti iclasının vaxtının hələ təyin edilmədiyini qeyd edib.

Qeyd edək ki, komissiyanın 30 yanvar tarixində keçirilən iclasında əfvlə bağlı 100-dək müraciətə baxılıb.

Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti