...

UNEC-də qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2018 10:14 (UTC +04:00)
UNEC-də qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib.
UNEC-də qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib.

Universitetin Marketinq və Kommunikasıya Departamentindən Trend-ə verilən məlumata görə, “Açıq qapı” günündə rektor, professor Ədalət Muradovla birlikdə UNEC İctimai Nəzarət Şurasının üzvləri “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva da iştirak ediblər.

“Açıq qapı”ya daxil olan müraciətlər əsasən imtahan nəticələrinin yüksəldilməsi və intizam qaydalarının pozulması ilə bağlı olub. Qəbulda, həmçinin UNEC-in rektorunun hər ayın birinci şənbə günü keçirilən “Açıq qapı” günündə iştirak edən vətəndaşların müraciəti dinlənilib. Müraciətlərin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı isə qaydalara uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Qəbuldan sonra qış imtahan sessiyasının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. E.Əliyev sessiya dövründə Şura üzvlərinin prosesi yaxından izlədiklərini bildirərək, imtahanlarda şəffaflığın təmin edilməsi və obyektivliyin qorunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. E.Eyvazlı sessiya dövründə xüsusi olaraq rektorun hər həftə müraciətləri dinləməsini müsbət hal adlandıraraq, “Açıq qapı” günlərinin UNEC-in şəffaf universitetə çevrilməsində mühüm rol oynadığını bildirib.

S.Qarayeva isə UNEC-in “Qaynar xətt” xidmətinin fəaliyyətinə diqqət çəkərək, yalnız sessiya boyunca deyil, il ərzində tələbələrin qarşılaşdıqları hər hansı bir problemlə bağlı müraciət edə biləcəkləri xidmətin olmasını müsbət dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti