...

Tovuzda 2 nəfər dönərdən zəhərləndi, xəstəxanaya yerləşdirildi

Cəmiyyət Materials 5 Fevral 2018 11:40 (UTC +04:00)
Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
Tovuzda 2 nəfər dönərdən zəhərləndi, xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayonun Aşağı Öysüzlü kənd sakinı, 1980-ci il təvəllüdlü Anar Azər oğlu Qasımov və Tovuz şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Qabil oğlu Hüseynli şəhər ərazisindəki kafelərdən birindən dönər alaraq yeyiblər.

Hər iki şəxs dönərdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti