...

Bayılda sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdə pul yığılması məlumatına rəsmi münasibət

Cəmiyyət Materials 6 Fevral 2018 17:38 (UTC +04:00)
Bayılda sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdə pul yığılması məlumatına rəsmi münasibət
Bayılda sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdə pul yığılması məlumatına rəsmi münasibət

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə məktəblərdə pul yığılması barədə yayılan məlumatlara münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun Trend-ə verdiyi məlumata görə, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvar 2017-ci il tarixdən müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.

Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir. Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə BŞTİ-nin tabeliyindəki məktəblərdə heç bir vəsait toplanmayıb.

Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti