...

Lion Universitetinin müəllimi: “UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”

Cəmiyyət Materials 12 Fevral 2018 09:57 (UTC +04:00)
UNEC-in qış məktəbi başa çatıb.
Lion Universitetinin müəllimi: “UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”

Bakı. Trend:

Akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə keçirilən qış məktəbində UNEC İctimai Nəzarət Şurasının üzvləri – əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov və “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü də iştirak ediblər.

UNEC-dən Trend-ə verilən məlumata görə, professor Ş.Əsgərov “Biliyin qiymətləndirilməsi fəlsəfəsi” və “Ekonofizika” mövzularında çıxış edib. Professor məruzəsində qiymətləndirilmənin mahiyyətini açıqlayıb, Avropa ölkələrində ekonofizikanın bir fənn kimi tədris edildiyini vurğulayıb. Müzakirədə aktiv iştirak edən müəllimlərə professorun “Kamilləşən bəşəriyyət” kitabı hədiyyə edilib.

Əməkdar elm xadimi qış məktəbinin təşkilini yüksək qiymətləndirib: “Qış məktəbi bir çox cəhətdən faydalı oldu. Dünyanın çox nüfuzlu alimləri maraqlı mövzularla çıxış etdilər. UNEC-in yüzdən çox müəlliminin qatıldığı təlimlər birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə və peşəkar mütəxəssis hazırlığına xidmət edən amillərdir. Bir ekspert kimi bu prosesi alqışlayıram”.

Qış məktəbində təlimçi qismində çıxış edən ABŞ-ın Lihay Universitetinin professoru Cill Sperandio UNEC-in akademik heyəti ilə fikir mübadiləsinin çox effektli olduğunu diqqətə çatdıraraq, şuranın üzvləri ilə tanışlıqdan da məmnun qaldığını bildirib: “Xüsusilə onu vurğulamaq istəyirəm ki, elmi tədqiqat işləri NASA-da istifadə edilən Ş.Əsgərovla tanışlıq mənim üçün gözlənilməz oldu. Azərbaycanın çox dəyərli elm adamları var!”

Fransanın Lion Universitetinin müəllimi Cennifer Vilyon da öz təəssüratlarını bölüşüb: “Azərbaycanda, UNEC-də keçirdiyim bu bir həftə tədris təcrübəm üçün ən dəyərli günlər idi”. C.Vilyon qış məktəbində fövqəladə insanlarla möhtəşəm bir təcrübə yaşadığını bildirib. O, yenidən bu kollektivlə bir araya gələcəyi günü səbrsizliklə gözlədiyini deyərək, UNEC-lə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti