...

Cəza siyasətinin humanistləşdirilməsindən sonra 479 məhkum azad olunub, 585-nin cəzası azaldılıb

Cəmiyyət Materials 23 Fevral 2018 13:04 (UTC +04:00)
Cəza siyasətinin humanistləşdirilməsindən sonra məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib.
Cəza siyasətinin humanistləşdirilməsindən sonra 479 məhkum azad olunub, 585-nin cəzası azaldılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti tərəfindən ötən il imzalanan cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamdan sonra məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O qeyd edib ki, bu sərəncamdan sonra Milli Məclis tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci il dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı:

“Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib”.

Ə.Hüseynli bildirib ki, bundan başqa, 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur: “Bu qanunu amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti