Bakı. Hüseyn Vəliyev - Trend:
“Softline Azerbaijan” şirkəti Bakıda uşaqların birinci sinfə qəbul olunması barədə elektron müraciət göndərmiş vətəndaşların məlumatlandırılması sistemini işə salınacaq.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Bir müddət əvvəl şirkət Bakı Təhsil İdarəsinin bu sistemlə bağlı elan etdiyi tenderin qalibi olub. Fevralın 15-də “Softline Azerbaijan” şirkəti ilə 18 min manatdan çox məbləğdə müqavilə imzalanıb.
Qeyd edək ki, elektron müraciətlərin qeydiyyatı “mektebeqebul.edu.az” saytı vasitəsilə aparılıb. Qeydiyyat sentyabrın 15-dək davam edəcək.