...

Sabah növbəti TOEFL IBT imtahanı keçiriləcək

Cəmiyyət Materials 2 Mart 2018 14:40 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək.
Sabah növbəti TOEFL IBT imtahanı keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL IBT imtahanı keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

TOEFL IBT imtahanı 2018-ci il martın 3-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 09:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:15-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti