...

Bu küçələrdə hərəkət məhdudlaşdırılır – 3 gün (XƏRİTƏ)

Cəmiyyət Materials 13 Mart 2018 22:17 (UTC +04:00)
Paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıacaq
Bu küçələrdə hərəkət məhdudlaşdırılır – 3 gün (XƏRİTƏ)

Bakı. Elçin Mehdiyev - Trend:

Paytaxtın Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq 14, 15, 16 mart tarixlərində gecə saat 00:00-dan səhər saat 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti