...

Binəqədi məktəbliləri “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər (FOTO)

Cəmiyyət Materials 15 Mart 2018 20:00 (UTC +04:00)

Bakı. Trend:

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdiri Elman Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyulub.

Tədbirdə çıxış edən 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov son zamanlar ölkədə gedən inkişafın ölkə başçısı İlham Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu bildirib. “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısının valideyni Nazim Behbudzadə bu layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümünəsi olduğunu deyib. Sonra çıxış edən 283 nömrəli tam orta məktəbin şagirdi Xədicə Məşrik, 103 nömrəli tam orta məktəbin şagirdi Tofiq Məmmədəliyev, 83 nömrəli məktəb-liseyin şagirdi Züleyxa Musayeva “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağı fikrini səsləndiriblər.

Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova verildi. Natiq Naxçıvanda inkişafın miqyasının illərlə, aylarla deyil, günlərlə ölçüldüyünü söyləyib. X.İsgəndərov Naxçıvan Muxtar Respublikasının Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində olmasına baxmayaraq yüksək inkişaf mərhələsində olduğunu deyib. Naxçıvanda inkişafın təməlinin ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri olduğu dövrdə qoyulduğunu və Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşdiyini bildirən X.İsgəndərov Naxçıvan istiqaməti üzrə səfər edəcək tur-aksiya iştirakçılarının ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqlarlarını, eyni zamanda gənclərin Naxçıvanda bu günədək qorunub saxlanılan mədəniyyət nümunələri ilə yaxından tanış olacaqlarını bildirib.

Sonda səfərin proqramı ilə iştirakşılar tanış olublar və tədbir bədii hissə ilə davam edib. Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsiblər.

Sonda Tur–aksiya iştirakçıları maraqlı flaşmoblar vasitəsilə “Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş 7 istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, bayrağımızın rəngləri ilə gənclərin “Ölkəmizi tanıyaq” sözünü həkk etməsi, eyni zamanda Azərbaycan bayrağını qürurla dalğalandırması ilə layihənin əhəmiyyətini bir daha diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti