...

Çaylarda çirklənmə vəziyyəti üzrə son monitorinqin NƏTİCƏLƏRİ açıqlanıb

Cəmiyyət Materials 17 Mart 2018 10:19 (UTC +04:00)
Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayı üzrə keçirilən son monitorinqin nəticələri açıqlanıb.
Çaylarda çirklənmə vəziyyəti üzrə son monitorinqin NƏTİCƏLƏRİ açıqlanıb

Bakı. Trend:

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayı üzrə keçirilən son monitorinqin nəticələri açıqlanıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumata görə, Mart ayının I ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının III ongünlüyünə nisbətən 38 m3/san artaraq 219 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Mart ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən olan fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.95-8.00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti