...

Qeyri-sabit hava şəraiti çaylarda sululuq səviyyəsini dəyişdirdi

Cəmiyyət Materials 1 Aprel 2018 08:30 (UTC +04:00)
Son günlər üzrə çaylarda sululuq səviyyəsi dəyişib.
Qeyri-sabit hava şəraiti çaylarda sululuq səviyyəsini dəyişdirdi

Bakı. Trend:

Son günlər üzrə çaylarda sululuq səviyyəsi dəyişib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumatda bildirilib.

Məlumata görə, bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Respublikanın Gəncə-Qazax və Naxçıvan MR çaylarında sululuğun artımı müşahidə olunub. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-200, Kiçik Qafqazın çaylarında 220-340, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 424 m3/s olmaqla ongünlük normanın 139 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 49 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 16, Salyanda 22, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311 sm (2017-ci il martın 30-da 370 sm), Şirvanda 157 sm (2017-ci il martın 30-da 229 sm), Salyanda 81 sm (2017-ci il martın 30-da 150 sm), Bankədə 167 sm (2017-ci il martın 30-da 170 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il martın 30-da 73 sm) təşkil edir.

Xəbər lenti

Xəbər lenti