...

ANAMA: 1542 ədəd hərbi sursat və mina zərərsizləşdirilib

Cəmiyyət Materials 3 Aprel 2018 12:05 (UTC +04:00)
ANAMA 2018-ci ilin mart ayı ilə bağlı hesabat verib
ANAMA: 1542 ədəd hərbi sursat və mina zərərsizləşdirilib

Bakı. Trend:

2018-ci ilin mart ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Lənkəran, Tərtər, Yevlax rayonları və Sumqayıt şəhəri ərazisində 4,410,908 kv.m (441.09 ha) ərazi yoxlanılıb, 1,541 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,542 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 518,051,689 kv.m (51,805.17 ha) ərazi təmizlənib və 794,151 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Mart ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 12 və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 13 müraciət daxil olub. Müraciətlər əsasında 8,050 kv.m ərazi yoxlanılıb, 1,329 ədəd PHS və 1 ədəd tank əleyhinə mina (cəmi 1,330 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti