...

"Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Cəmiyyət Materials 3 Aprel 2018 14:44 (UTC +04:00)
"Peşə təhsili haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.
"Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Bakı. Elçin Mehdiyev - Trend:

"Peşə təhsili haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi, müxtəlif sahələrdə mütəxəssislər hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti