...

Gənclər Fondu və UNICEF arasında əməkdaşlığın əsası qoyuldu (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2018 13:41 (UTC +04:00)
Aprelin 12-də BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və UNİCEF-in gənc və yeniyetmələrin inkişafı üzrə mütəxəsisi Aida Ailarova Gənclər Fondunun qonaqları olub.
Gənclər Fondu və UNICEF arasında əməkdaşlığın əsası qoyuldu (FOTO)

Bakı. Trend:

Aprelin 12-də BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və UNİCEF-in gənc və yeniyetmələrin inkişafı üzrə mütəxəsisi Aida Ailarova Gənclər Fondunun qonaqları olub.

Fonddan Trend-ə verilən məlumata görə, görüş çərçivəsində UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov arasında razılaşma məktubu imzalanıb.

Sənədə əsasən birgə fəaliyyət planı çərçivəsində UNICEF-in Azərbaycandakı Nümayəndəliyi AzGF-in Müşahidə Şurasının sorğusu əsasında qlobal gənclər siyasəti, gənclərin inkişafı üzrə milli strategiya, sosial inteqrasiya, sağlam həyat tərzi və gənclərin aktiv iştirakı, antisosial davranış və işsizliyin azaldılması, gənclər arasında təşəbbüskarlığın və innovasiyanın təşviq edilməsi üçün imkanlar yaratmaq üzrə məsələlər, AzGF-in fəaliyyəti və strategiyası barədə texniki məsləhət və istiqamət verəcək. İmzalanan saziş məktubu tərəflərin razılığı ilə hər il nəzərdən keçirilərək yenidən imzalanacaq.

Tədbirin gedişatında iki təşkilatın əməkdaşlığı barəsində, gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulmuş layihələr haqqında, onların yeniyetmə və gənclər üçün faydası və mahiyyəti barəsində müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti