...

AMEA-nın alimləri Avropada elmi tədqiqat apara biləcəklər

Cəmiyyət Materials 24 Aprel 2018 20:23 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilib.
AMEA-nın alimləri Avropada elmi tədqiqat apara biləcəklər

Bakı İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən alimlər namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubunu, AMEA-nın elmi müəssisəsinin elmi şurasının qərarını (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi göstərilməklə), Avropanın elmi müəssisəsi və ya universitetindən razılıq məktubunu (tədqiqat üçün tələb edilən müddət və həmin müddət üçün maliyyə – yaşayış, sığorta və laboratoriya xərcləri qeyd edilməklə), namizədin ali təhsil, elmi dərəcə və elmi adları haqqında diplomlarının surətini, tərcümeyi-halını (CV), elmi əsərlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidilər.

Sənədlər AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilməlidir. Müraciət üçün son tarix 27 apreldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti