...

“Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2018 22:46 (UTC +04:00)
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib
“Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib (FOTO)

Bakı. Trend:

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Seçenov Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edib. O bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiram əlamətidir. Professor Ulu Öndərin həyat və fəaliyyətindən, müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə onun müstəsna xidmətlərindən danışıb. O vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda elmə və təhsilə həmişə diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin sürətlə inkişafı, tibbi kadrların hazırlanması Ulu Öndərin adı ilə bağlıdır.

Bu gün Ümummilli Liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə səhiyyə sahəsində səmərəli islahatlar həyata keçirilib. Hazırda təkcə paytaxtda deyil, regionlarda da tibb ocaqları ən müasir avadanlıqla təchiz edilib. Müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı surətdə yenidən qurulub, regionların sakinləri yerlərdə müalicə olunmaq imkanı əldə ediblər.

Sonra Seçenov Universitetinin Bakı filialının tələbələrinin məruzələri dinlənilib.

Tədbirin sonunda filialın rektoru, professor Əziz Əliyev tələbələrə diplomlar təqdim edib.

Xəbər lenti

Xəbər lenti