Bakı. Rufiz Hafizoğlu - Trend:
Azərbaycan Prezidentinin Türkiyəyə son səfəri Bakı və Ankaranın münasibətlərinin əyani göstəricisidir.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə bir-birinə ən yaxın ölkələrdir: "Türkiyə və Azərbaycanı qardaşlıq münasibətləri, mədəni, dini və siyasi əlaqələr bağlayır".
Onun sözlərinə görə, Azərbaycanla, o cümlədən digər türkdilli ölkələrlə münasibətlərin möhkəmləndirilməsi Türkiyə üçün prioritetdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri aprel ayının 25-də baş tutub.