...

Sahil Babayev Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub (FOTO)

Cəmiyyət Materials 20 May 2018 16:37 (UTC +04:00)
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olaraq, burada peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib.
Sahil Babayev Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olaraq, burada peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə məlumata görə, Mərkəz Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlardan olan vətəndaşların da əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələri, onların əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılması məqsədinə xidmət göstərəcək.

S.Babayev Mərkəzin qurulması işlərinin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini, digər vətəndaşlarla bərabər, əlilliyi olan şəxslərin da burada peşə hazırlığının təşkili üçün daha geniş imkanların, habelə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün uyğun şəraitin yaradılmasını tapşırıb.

Nazir Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzinə gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərini nəzərdən keçirib, müvafiq tapşırıqlar verib. Özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan pensiya yaşına çatmış şəxslər bu Mərkəzdə stasionar şəraitdə sosial xidmətlərlə təmin ediləcəklər. Müəssisədə müvafiq şəxslərin dövlət himayəsində rahat yaşayışı, onlara keyfiyyətli sosial xidmətlərlə təminatı üçün hər cür şərait yaradılacaq. Mərkəzin cari il ərzində istifadəyə veriləcəyi planlaşdırılır.

Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərindəki filialına gələn S.Babayev burada protez-ortopedik məmulatların hazırlanması şəraitinin və əhaliyə xidmətin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsini tapşırıb.

Nazir Yevlax Əlillərin Regional Bərpa Mərkəzində də olub. Bölgədəki əlilliyi olan insanlara bərpa müalicəsi xidmətləri göstərən Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. S.Babayev müəssisədə reabilitasiya şəraitinin müasir tələblərə uyğun qurulması barədə göstəriş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti