...

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

Cəmiyyət Materials 4 İyun 2018 16:39 (UTC +04:00)
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti və vitse-prezidentləri seçiləcək.
AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentləri yenidən seçiləcək.

AMEA-dan Trend-ə verilən məlumata görə, akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək.

AMEA-nın Rəyasət Heyətinin seçkiləri ümumi yığıncaqda akademiyanın prezidentinin seçilməsi ilə başlanacaq. Rəyasət Heyətinin tərkibinin formalaşdırılması akademiyanın prezidentinin təqdimatı ilə həyata keçiriləcək.

Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda gizli səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçiləcəklər. Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq ediləcəklər.

Xatırladaq ki, hazırda AMEA prezidenti akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib. AMEA-nın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti