...

BDU alimləri “Web of Science”də 6 aya 132 məqalə çap etdirib

Cəmiyyət Materials 6 Avqust 2018 13:30 (UTC +04:00)

Bakı. Trend:

2018-ci ilin ilk 6 ayı ərzində Bakı Dövlət Universitetinin alimləri tərəfindən Clarivate Analytics (əvvəlki Tomson Reuters) informasiya agentliyinin bazasına daxil olan jurnallarda 132 məqalə çap edilib.

BDU-dan Trend-ə verilən məlumata görə, həmin müddət ərzində universitet alimləri tərəfindən çap edilmiş məqalələrə 854 dəfə (yalnız 2018-ci ildə çap edilmiş məqalələrə 26 dəfə) istinad edilib.

Məlumat üçün bildirək ki, Clarivate Analytics agentliyinin rəsmi məlumatına əsasən ötən il Web of Science bazasına daxil olan nəşrlərdə universitet alimləri tərəfindən 243 məqalə çap edilib, universitet alimləri tərəfindən çap edilmiş məqalələrə 1249 dəfə ( yalnız 2017-ci ildə çap edilmiş məqalələrə 264 dəfə) istinad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti