...

Füzuli küçəsindəki anlaşılmazlıq aradan qaldırılıb (FOTO)

Cəmiyyət Materials 25 Avqust 2018 13:54 (UTC +04:00)
Füzuli küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolağının üzərində təşkil edilən parklanma ləvğ edilib.
Füzuli küçəsindəki anlaşılmazlıq aradan qaldırılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Paytaxtın Füzuli küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolağının üzərində təşkil edilən parklanma ləvğ edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar yolda duracaq yerinin olduğunu bildirən nişan götürülərək dayanmaq qadağandır nişanı ilə əvəz edilib.

Qeyd edək ki, şəhər yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində parklanma yerlərinin vəziyyəti ilə bağlı təhlillər aparılır.

Uyğun olmayan yerlərdə təşkil edilən parklanma yerləri müəyyən edilərək ləvğ edilir. Həmçinin, zərurət olan yerdə yenilərinin təşkili istiqamətində zəruri işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti