...

ETSN təbiətin qorunmasına yönələn vətəndaş təşəbbüslərini təqdir edir

Cəmiyyət Materials 4 Sentyabr 2018 12:22 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağdaş rayonunun Gülbəndi kəndində kiçik yaşlı uşaqların yaşıllıqların mühafizəsinə, ağacların kəsilməməsinə, ətraf mühitin qorunmasına və təmiz saxlanılmasına yönələn sosial aksiyasını təqdir edir.
ETSN təbiətin qorunmasına yönələn vətəndaş təşəbbüslərini təqdir edir

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağdaş rayonunun Gülbəndi kəndində kiçik yaşlı uşaqların yaşıllıqların mühafizəsinə, ağacların kəsilməməsinə, ətraf mühitin qorunmasına və təmiz saxlanılmasına yönələn sosial aksiyasını təqdir edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, böyük ictimai maraqla qarşılanan belə maarifləndirici və örnək olan aksiyalar hər bir şəhərdə, rayonda və kənddə keçirilərsə ekoloji problemlər tədricən aradan qalxar.

ETSN təbiətin qorunmasına və yaşıllıqların mühafizəsinə dair hər bir vətəndaş təşəbbüsünü dəstəkləyir və belə aksiyaların keçirilməsində bütün tərəfdaşlara hər cür köməkliyini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti