Bakı. Cani Babayeva - Trend:
Bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yükun gününə start verilib.
Trend-in məlumatına görə, bu gün kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları arasında yarışlar keçirilir.
Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak edəcək. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edirlər.
Trend oxucularına aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin 2-ci günündən maraqlı anları təqdim edir.
Foto: Zaur Mustafayev