Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə - “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verilib.
Komitədən Trend-ə verilən məlumata görə, hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaq.
Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.
Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxları Dövlət Komitəsinin rəsmi sosial şəbəkə (https://www.facebook.com/AzDiaspora/, https://twitter.com/DiasporaAz, https://www.instagram.com/diasporaaz/) ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.