Bakı. Samir Əli - Trend:
Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları hazırda hadisə yerində araşdırma aparır:
"Bəzi təhlükəli yerlərə artıq elektrik enerjisinin verilişi dayandırılıb. Digər ərazilərdə də təhlükə olarsa, elektrik enerjisinin verilişi dayandırılacaq".
Xatırladaq ki, bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.