...

Ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 100 min manata yaxın iddia qaldırılıb

Cəmiyyət Materials 23 Oktyabr 2018 11:23 (UTC +04:00)
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
Ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 100 min manata yaxın iddia qaldırılıb

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən oktyabrən 1-dən 15-ə qədər ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son iki həftədə aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 187 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 40 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 50 iş üzrə 51 750 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 99 802,24 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 376 iş üzrə 47 296,78 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 30, icra qurumlarına 16, məhkəmələrə isə 3 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti