...

BMT BDU-da seminar keçirib (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2018 15:02 (UTC +04:00)
BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər İdarəsi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə korrupsiyaya qarşı mübarizə sahəsində tədris seminarı keçirilib.
BMT BDU-da seminar keçirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər İdarəsi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə korrupsiyaya qarşı mübarizə sahəsində tədris seminarı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə BMT-nin nüfuzlu ekspertləri, Finlandiya, Belarus Respublikası, Ukrayna, Türkiyə, Rusiya Federasiyası, Estoniya, Gürcüstan, Latviya, Qırğızıstan, Moldova, Tacikistan, Qazaxıstan, Özbəkistandan gələn 25 xarici ekspert iştirak edib. Seminarın məqsədi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan mütəxəssis və müəllimlərin peşəkar və yüksək səviyyəli antikorrupsiya tədrisini keçirmək imkanlarını gücləndirmək, həmçinin iştirakçılar arasında fikir və təcrübə mübadiləsini təşkil etmək olub.

Seminarı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev tədbirin əhəmiyyətindən, son vaxtlar respublikamızda bu sahədə həyata keçirilən mühüm qanunvericilik və digər islahatlardan danışıb. Qeyd edib ki, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı həyata keçirilən mühüm addımların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmaqla prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İstər daxili qanunvericilik sahəsində, istərsə də beynəlxalq müqavilələrin iştirakçısı olmaq nöqteyi-nəzərdən Azərbaycan tərəfindən kifayət qədər mühüm tədbirlər həyata keçirilib. Korrupsiyaya qarşı qanunvericilik üzrə mühüm istiqamətlər ali məktəblərdə ayrı-ayrı fənlər üzrə proqramlara daxil edilib, bu sahədə ixtisaslaşmış mütəxəssislər hazırlanmasına başlanılıb. Belə ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bu sahədə dünya təcrübəsinə uyğun olaraq “Transmilli cinayət hüququ” magistratura ixtisaslaşması yaradılmaqla ixtisaslaşmış kadrların hazırlanması müvəffəqiyyətlə həyata keçirilir.

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Elnur Musayev çıxışında korrupsiya cinayətləri və onlara yol açan hallara qarşı mübarizə sahəsində prokurorluq orqanlarının səmərəli fəaliyyətindən, dünya dövlətləri praktikasının ciddi şəkildə öyrənilməklə Azərbaycanda həyata keçirilən mühüm tədbirlərin əhəmiyyətindən bəhs edib. Statistik rəqəmlərlə gələcək fəaliyyət istiqamətləri, Azərbaycanın beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti ön plana çəkilib. Elnur Musayev Azərbaycanın beynəlxalq təşkilatlarla bu sahədəki müsbət əməkdaşlığının digər dövlətlər üçün də praktik hal ola biləcəyini əsaslandırıb.

BMT-nin Cinayətkarlığa qarşı və Cinayət Ədalət İdarəsinin əməkdaşı Siqall Horovitz və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Avropa Elmləri İnstitutunun direktoru, professor Tamara Şaşikina tədbirin mühüm əhəmiyyət kəsb etməsini qeyd edərək, onun həyata keçirilməsinə verdiyi dəstəyə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, o cümlədən Hüquq fakültəsinin professor-müəllim heyətinə dərin təşəkkürlərini bildiriblər.

İclasda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin professor-müəllim heyəti, tələbələr, müstəqil ekspertlər aktiv iştirak ediblər. Seminar məruzələr və tədris bölmələrində öz işini davam etdirib. Bölmələrdə xarici ekspertlerin 15-ə qədər aktual mövzuda məruzələri dinlənilib, dünya dövlətlərinin praktikası, BMT və ayrı-ayrı dövlətlərin qanunvericilik təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti