Bakı. Samir Əli - Trend:
Bu gün Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib.
Trend-in məlumatına görə, tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin ətraf ərazilərində genişmiqyaslı abadlıq işləri təşkil edilib.
Ədliyyə nazirliyi rəhbərliyi və məsul əməkdaşlarının iştirakı ilə keçirilən kütləvi iməcilik çərçivəsində tabe qurumların həyatyanı sahələri təmizlənib, abadlaşma aparılıb və 6 hektar ərazidə 3 mindən çox müxtəlif növ ağaclar əkilib.
Ağacəkmə aksiyası paytaxt Bakı ilə yanaşı regionlarda da təşkil olunub.
Aksiya çərçivəsində regonlardakı ədliyyə qurumlarında, Binəqədi, Zaqatala və Şəki rayon məhkəmələrinin inzibati binalarının qarşısında minlərlə ağac əkilib, ərazilər abadlaşdırılıb.