...

Əhali dava-dərmana təqribən 400 milyon manat xərcləyib

Cəmiyyət Materials 15 Noyabr 2018 21:07 (UTC +04:00)
Azərbaycan əhalisi 10 ayda dava-dərmana təqribən 400 milyon manat xərcləyib.
Əhali dava-dərmana təqribən 400 milyon manat xərcləyib

Bakı. İlhamə İsabalayeva - Trend:

2018-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 29,5 milyard manata bərabər olub.

Trend-in məlumatına görə, ticarət dövriyyəsinin 14,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,2 faiz üstələyib.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar- oktyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

29 473,5

102,6

o cümlədən:

ərzaq məhsulları

13 514,9

102,3

içkilər və tütün məmulatları

1 265,5

100,5

toxuculuq məhsulları, geyim və ayaqqabılar

5 413,6

103,3

elektrik malları və mebellər

1 835,5

102,6

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

213,6

102,0

əczaçılıq və tibbi mallar

394,5

102,2

avtomobil yanacağı

1 700,3

101,9

digər qeyri-ərzaq məhsulları

5 135,6

103,7

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 17,0 faizi ticarət müəssisələri, 50,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,1 faiz artmış, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda 4,4 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti