Bakı. Samir Əli - Trend:
"Azəriqaz" İstehsalat Birliyi bu gündən qış rejiminə keçib.
Trend-in məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
Onun sözlərinə görə, bu gündən etibarən əhaliyə verilən təbii qazın həcmi də artırılıb: "Tələbat artdığından noyabrın 15-dən qazın həcmi artırılıb. 1 miyon 600 min kubmetrdən artıq təbii qazın artımı var ki, bundan sonra da havaların soyuq və şaxtalı keçəcəyi günlərdə təbii qazın verilişi tələbata uyğun tənzimlənəcək".
İ.Kərbəlayev bildirib ki, respublika üzrə 2 milyon 160 mindən çox abonenti fasiləsiz qazla təmin etmək üçün hazırlıqlar başa çatıb.