...

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Cəmiyyət Materials 20 Yanvar 2019 21:30 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər təşkil olunub
Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı. Tural Turan - Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.
Anım tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki Şəhidlər xiyabanları ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.
Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti