...

Bugünkü hava nə vəd edir?

Cəmiyyət Materials 22 Yanvar 2019 09:09 (UTC +04:00)
Bu gün Azərbaycan ərazisində hava şəraitinin mülayim olacağı proqnozlaşdırılıb.
Bugünkü hava nə vəd edir?

Bakı. Trend:

Bu gün Azərbaycan ərazisində hava şəraitinin mülayim olacağı proqnozlaşdırılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da bu gün hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti