...

Azərbaycanda damazlıq quşçuluğun keyfiyyətini artırmaq tələb olunur

Cəmiyyət Materials 4 Aprel 2019 20:01 (UTC +04:00)
Azərbaycanda yetişdirilən damazlıq cücələrin aşağı məhsuldarlığı quşçuluq fabriklərinin cücələri ixrac etməyə məcbur edən əsas səbəbdir
Azərbaycanda damazlıq quşçuluğun keyfiyyətini artırmaq tələb olunur

Bakı. Trend:

Azərbaycanda yetişdirilən damazlıq cücələrin aşağı məhsuldarlığı quşçuluq fabriklərinin cücələri ixrac etməyə məcbur edən əsas səbəbdir.

Bunu Trend-ə “Zaqatala broyler” MMC-nin təsisçisi Məhəmməd Məmmədov deyib.

Onun sözlərinə görə, keyfiyyət göstəriciləri daha yüksək olan cücələr “ROSS 308” broylerləri və inkubasiya yumurtalarının cücələridir:

“Onların yayılmasına nəzarəti 100-dən çox ölkəyə məhsul tədarük edən “Aviagen” şirkəti həyata keçirir. Bu broylerlər sürətli çəki artımına malikdir. Təəssüf ki, ölkəmizdə yerli damazlıq cücələr və yumurtalar bu cür yüksək göstəricilərə malik deyil. Biz bununla bağlı böyük çətinliklər yaşayırıq. Bu səbəbdən biz bu məhsulları Gürcüstandan idxal etməli oluruq”.

M.Məmmədov bildirib ki, bu təsərrüfatda vacib problemlərin həlli üçün simpoziumlar, ixtisaslaşdırılmış seminarlar və dəyirmi masalar keçirmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti